Əlaqə / Qəbul qaydaları

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinin qəbuluna elektron yazılma qaydaları

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra – Agentlik) rəhbərliyinin qəbul günləri və saatları ilə buradan tanış ola bilərsiniz.

Agentliyin rəhbərliyinin qəbuluna yazılmaq üçün aşağıdakı formanın bütün xanaları tam və düzgün doldurulmalıdır. Mətn yazıldığı dilin əlifbasına uyğun tərtib edilməli, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli və durğu işarələrindən düzgün istifadə olunmalıdır. Müraciət aydın və səlis ifadə edilməlidir.

Müraciətiniz uğurla göndərildikdə ekranda “Hörmətli istifadəçi, müraciətiniz göndərilmişdir. Təşəkkür edirik!” bildirişi görünəcək.

Qəbula dəvət olunan şəxslər şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Agentliyin rəhbərliyi tərəfindən qəbul Agentliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə həyata keçirilir.

Müraciət formu

2000 simvol qalıb