Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Müsabiqədə feldşer ixtisası üzrə orta-ixtisas tibb təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək (əvvəllər ixtisası üzrə xidmət müddəti olanlar istisna olmaqla), boyu 1.80 santimetr və ondan hündür, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Bakı və Sumqayıt şəhərlərində, Respublikanın Hacıqabul, Şirvan, Salyan, Yevlax, Ağdaş və Goranboy rayonlarında qeydiyyatda olmaqla yaşayan, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini nəzərə alaraq, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. İxtisası üzrə Silahlı Qüvvələrdə xidmət etmiş namizədlərə üstünlük veriləcəkdir.
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə kadr@somda.gov.az ünvanına Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Kadrlar idarəsinə göndərməlidirlər.
Yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Digər halda qəbul edilməyəcəkdir.
Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
+994 (12)-435-45-39
+994 (12)-435-45-46