27 noyabr 2026 10:41

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hərbi qulluqçuların növbəti ilkin hazırlıq kursu başa çatıb

Kursun əsas məqsədi hərbi qulluqçuları Agentliyin fəaliyyət istiqamətləri, strateji obyektlərin mühafizəsinin təşkili və xidməti fəaliyyətin xüsusiyyətləri ilə tanış etmək, bu sahədə onların müvafiq bilik və praktiki bacarıqlarını formalaşdırmaq olub. Tədris müddətində silahların taktiki-texniki xüsusiyyətləri, silah və döyüş sursatları ilə davranış qaydaları, fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi, xidməti fəaliyyətin müxtəlif istiqamətləri üzrə təhlükəsizlik qaydaları, eləcə də fiziki və sıra hazırlığı mövzularında nəzəri və praktiki məşğələlər keçirilib.
Təlim prosesi ərzində hərbi qulluqçuların Agentliyin fəaliyyət istiqamətləri üzrə məlumatlılığı artırılmaqla, onlara xidməti fəaliyyət zamanı zəruri bilik və bacarıqlar aşılanıb, nəzəri bilikləri praktiki məşğələlər vasitəsilə möhkəmləndirilərək, xidməti tapşırıqların icrası üçün ilkin vərdişlərə yiyələnmələri təmin olunub.
Kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Digər xəbərlər