26 iyun – Silahlı qüvvələr günüdür.

105 il əvvəl 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla milli silahlı qüvvələrin yaradılması prosesinə başlanıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla həmin gün Silahlı qüvvələr günü kimi qeyd edilir.

Bu gün Qafqazda ən müasir ordu sayılan Azərbaycan Ordusu müstəqilliyimiz bərpa olunduqdan sonra sürətli inkişaf yolu keçmiş, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu sahəsində islahatlar nəticəsində gündən-günə qüdrətlənmişdir. Aparılmış hərbi islahatların öz töhfəsini verməsinin nəticəsi idi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq torpaqlarını işğaldan azad etdi və Ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Bu bayram günündə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edirik.

Azərbaycan Silahlı QÜvvələrinin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.