Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində 30 illik yubiley qeyd ...

23 avgust 2023 19:19

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində xüsusi dövlət mühafizə xidməti orqanlarının yaranmasının 30 illiyi münasibətilə tədbirlər keçirilərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, abidəsi önünə gül dəstəsi düzülmüşdür. Xüsusi dövlət mühafizə orqanlarının yaranmasının 30-cu ildönümü münasibətilə yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə tədbirlər regional idarələrin akt zalında davam etdirilmişdir. Tədbirin sonunda Agentliyin rəisi tərəfindən təltif edilmiş regional idarələrin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçularına “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiy”i yubiley medalı, digər medal və mükafatlar təqdim edilmişdir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

23 avgust 2023 17:23

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli Sərəncamı ilə hər il avqust ayının 23-ü xüsusi dövlət mühafizə xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə Agentliyin əməkdaşları Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ...

24 iyul 2023 16:38

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

«İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər ...

20 iyul 2023 15:23

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş «İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı»nın icrasını təmin etmək məqsədilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində geniş tərkibdə iclas keçirilmişdir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində Azərbaycan xalqının ...

10 may 2023 17:56

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilmiş, abidələri ziyarət edilərək gül dəstələri düzülmüş və əziz xatirəsi ehtiramla yad edilmişdir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu ...

10 may 2023 16:42

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Agentliyin rəisi general-mayor İlqar Abbasov tədbiri giriş nitqi ilə açaraq Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən, Heydər Əliyevin Azərbycan Respublikasına rəhbərlik etdiyi dövrdə ölkə həyatının bütün sahələrini əhatə edən hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlar strategiyasından bəhs etmişdir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Ulu Öndərin xatirəsini yad edib.

08 may 2023 16:59

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə  8 may tarixində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət edilərək əklil qoyulmuş, gül dəstələri düzülmüş və əziz xatirəsi ehtiramla yad edilmişdir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsində Heydər Əliyevin 100 ...

04 may 2023 15:59

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsində “Ümummilli Liderin siyasi fəaliyyəti və neft strategiyası” adlı konfrans keçirilib.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq ...

01 may 2023 12:06

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

11 aprel 2023 15:57

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin təsdiq edilmiş silsilə tədbirlər planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib. Suraxanı rayonunun Hövsan qəsəbəsində iqlimə və relyef şəraitinə uyğun 300-dən artıq şam ağacı əkilib.

SOMDA-nın Xaçmaz regional idarəsində 31 Mart soyqırımı qurbanları anılıb.

31 mart 2023 18:21

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Xaçmaz regional idarəsində 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbiri keçirilmiş, tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 31 mart - Azərbaycanlıların Soyqırımı ...

31 mart 2023 11:38

Tədbirin açılış hissəsi soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.