Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları “Eternity-2023” təlimində iştirak edib.

         Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə Bakıda keçirilən “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimində strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.
         Təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib.
       Qeyd edək ki, “Eternity” Kompyuter dəstəkli Komanda-Qərargah Təlimi 2000-ci ildən başlayaraq Azərbaycan, Türkiyə və Gürcüstan Respublikalarının Müdafiə Nazirliklərinin və ixrac boru kəmərlərinin mühafizəsini həyata keçirən qurumlarının nümayəndələrinin iştirakı ilə hər il bir dövlətdə olmaqla həyata keçirilir.