Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət etdi.

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə  Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov və Agentliyin şəxsi heyəti Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Bundan sonra Ümummilli lider  Heydər Əliyevin anım günü ilə bağlı tədbir Agentliyin aparatında davam etdirilmişdir.