17 sentyabr 2026 10:04

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar gənclərin növbəti sıra baxışı keçirilib

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ilə əlaqədar növbəti sıra baxışı keçirilib.

Agentliyə onlayn qaydada müraciət etmiş namizədlərin iştirakı ilə keçirilən seçim prosesi çərçivəsində onların fiziki hazırlığı, bilik səviyyəsi və zahiri görkəmi yoxlanılıb, nəticələri müvafiq tələblərə cavab verən gənclər növbəti mərhələ olan sıra baxışına cəlb olunublar. Agentlik rəisi general-mayor Sərdar Səfərov sıra baxışında iştirak edən gənclərlə görüşərək onlara qarşıdakı xidməti fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Sıra baxışında iştirak edən namizədlər arasında 2 nəfər Vətən Müharibəsi, 5 nəfər isə “Antiterror əməliyyatı” iştirakçısı olub.

Digər xəbərlər