Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar gənclərin növbəti sıra baxışı keçirilib
Agentliyə onlayn qaydada müraciət etmiş namizədlərin iştirakı ilə keçirilən seçim prosesi çərçivəsində onların fiziki hazırlığı, bilik səviyyəsi və zahiri görkəmi yoxlanılıb, nəticələri müvafiq tələblərə cavab verən gənclər növbəti mərhələ olan sıra baxışına cəlb olunublar. Agentlik rəisi general-mayor Sərdar Səfərov sıra baxışında iştirak edən gənclərlə görüşərək onlara qarşıdakı xidməti fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sıra baxışında iştirak edən namizədlər arasında 2 nəfər Vətən Müharibəsi, 5 nəfər isə “Antiterror əməliyyatı” iştirakçısı olub.
Other news
28 September / 2026 / 14:29
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Anım Günü ilə bağlı tədbirlər keçirilib
DETAILS →
01 September / 2026 / 18:29
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xidməti müşavirə keçirilib
DETAILS →