Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə iclas keçirilmişdir.
İclasda qorunan strateji obyektlərdə mümkün fövqəladə hadisələrin başvermə ehtimalının azaldılması, yanğın, irihəcmli neft dağılmaları və digər hadisələrin lokallaşdırılması üzrə tədbirlərə hazırlıq səviyyəsi, habelə mövcud imkan və resursların birgə qiymətləndirilməsi, strateji obyektlərin təhlükəsizliyi üçün risklər və digər məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.
27 aprel 2026 18:15
