Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə
 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin. (Əlavə 1)*
2. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu” təsdiq edilsin. (Əlavə 2)*
3. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyininhərbi qulluqçularının və mülki işçilərinin say həddi” təsdiq edilsin. (Əlavə 3)*
4. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiq edilsin. (Əlavə 4)*
5. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 
Bakı şəhəri, 22 dekabr 2021-ci il
№ 1510