Rəhbərlik
General-mayor İlqar Rza oğlu Abbasov
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi
Abbasov İlqar Rza oğlu 11 aprel 1975-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir.
25.11.1996-cı il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, o cümlədən, Baş prokurorun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Bakı şəhər prokuroru kimi məsul vəzifələrdə çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2014-cü il tarixli Sərəncamı ilə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilmişdir.
Prokurorluq orqanlarında işlədiyi dövr ərzində qüsursuz xidmətinə görə dəfələrlə mükafatlandırılmış, 28.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunmuşdur.
15 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunmuş və general-mayor ali hərbi rütbəsi verilmişdir.