Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsinin şəxsi heyəti Qaradağ rayon Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə birlikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin, Qaradağ rayonu Lökbatan qəsəbəsində ucalan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər və Ulu Öndərin unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra şəxsi heyət “Heydər Əliyev” mərkəzində Ulu Öndərin həyat fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Mərkəzin əməkdaşlarının Ümummilli Liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.