Ümummilli Lider Heydər Əliyevin xatirəsi Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində yad edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Ulu Öndərin abidəsi ziyarət edilib, onun xilaskarlıq missiyası, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, dövlət institutlarının formalaşdırılması və inkişafı, siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətlərində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə məlumat verilib. Ümummilli Liderin dövlətçilik irsinin və vətənpərvərlik ideallarının bu gün də gənc nəsil üçün örnək olduğu, onun müəyyən etdiyi strateji xəttin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən video təqdimat şəxsi heyətə nümayiş etdirilib.