Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanı ziyarət ediblər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti mayın 10-da müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
10 may 2026 15:45
