Xəbərlər
Qusar Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilmişdir
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə Qusar Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın iclası keçirilmişdir.
İclasda Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri iştirak etmişlər.
Komissiyanın iclasında ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinə təhdid yarada biləcək risklərin, o cümlədən mümkün yanğın hadisələrinin, terror və təxribat aktlarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyət barədə müzakirələr və fikir mübadiləsi aparılmış, komissiya üzvlərinin məruzələri dinlənilmişdir.
18 may 2026 16:04
