Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair iclas keçirilmişdir

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, SOCAR Midstream Operations, SOCAR Midstream Gas Operations və Bp şirkətlərinin nümayəndələrinin iştirakı ilə iclas keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 sentyabr tarixli 558s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”nın tələblərindən irəli gələn vəzifələr müzakirə edilmiş, mühafizə olunmalı mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.