Xəbərlər
İxrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətində iclas keçirilmişdir
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə Abşeron Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın iclası keçirilmişdir.
İclasda Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri iştirak etmişlər.
Komissiyanın iclasında ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinə təhdid yarada biləcək risklərin, o cümlədən mümkün yanğın hadisələrinin, terror və təxribat aktlarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyət barədə müzakirələr və fikir mübadiləsi aparılmış, komissiya üzvlərinin məruzələri dinlənilmişdir.
22 may 2026 10:03
