Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində silsilə tədbirlər keçirilməkdə davam edir.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsinin şəxsi heyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər və Ulu Öndərin unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra şəxsi heyət Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Mərkəzin əməkdaşlarının Ümummilli Liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.
01 mart 2023 16:02