Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Xaçmaz regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar
Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Belə ki, 06 mart 2023-cü il tarixdə Xaçmaz rayon İcra başçısının birinci müavini Anar Oruclunun və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Xaçmaz regional idarəsinin şəxsi heyətinin iştirakı ilə rayon mərkəzində yerləşən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin qarşısına gül qoyma mərasimi keçirilmiş və şəxsi heyət tərəfindən Heydər Əliyev mərkəzi ziyarət edilmişdir. Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar şəxsi heyətə çatdırılmış, həmçinin xatirə fotoşəkilləri çəkilmişdir.
06 mart 2023 15:37