Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional idarəsinin şəxsi heyəti və Şəmkir rayon İcra başçısının birinci müavini Süleyman Zeynallının iştirakı ilə 01 mart 2023-cü il tarixdə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyası və dövlət xadimi Heydər Əliyevin anadan olmasının «100 illiyi» münasibəti ilə rayonun mərkəzində ucalan abidəni ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra şəxsi heyət Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat faliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşlarının Ümummilli Liderin ömür yolunu əks etdirən fotoşəkillər arasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.
01 mart 2023 15:53