Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar
Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Belə ki, 03 mart 2023-cü il tarixdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar regional idarəsinin şəxsi heyəti ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının “100 illiyi” münasibəti ilə şəhərin mərkəzi meydanında ucalan abidəni ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra şəxsi heyət Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşlarının Ümummilli Liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.
03 mart 2023 16:58