Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul regional idarəsinin şəxsi heyəti 02 mart 2023-cü il tarixdə ümummilli lider, müstəqil Azərbaycan Dövlətinin qurucusu, görkəmli siyası və dövlət xadimi Heydər Əliyevin anadan olmasının «100 illiyi» münasibəti ilə Hacıqabul rayonunda, Yerli icra Hakimiyyəti strukturları ilə birgə, mərkəzi meydanda ucalan abidəni ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra şəxsi heyət Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat faliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar, bundan əlavə idarə rəisi polkovnik-leytenant Xalid Nərimanov çixiş edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şəxsi heyətə və rayon icra başçısının müavininə geniş məlumat vermişdir. Mərkəzin əməkdaşlarının Ümummilli Liderin ömür yolunu əks etdirən fotoşəkillər arasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.
02 mart 2023 17:02