Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar konfrans keçirilib

 

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsində “Ümummilli Liderin siyasi fəaliyyəti və neft strategiyası” adlı konfrans keçirilib.

Konfransda Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının müəllimi Qafar Əliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadə, SOMDA-nın idarə rəisi polkovnik Ceyhun Qəmərli, Qaradağ regional idarəsinin rəisi polkovnik-leytenant Vasif Əsgərov çıxış etmişlər.

Konfransın açılışında Ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, ardınca Dövlət Himni səsləndirilmişdir.

SOMDA-nın idarə rəisi polkovnik Ceyhun Qəmərli tədbiri giriş nitqi ilə açıq elan edərək Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və faəliyyəti haqqında məlumat verərək, Agentlik və onun struktur bölmələrində Ulu Öndərin əziz xatirəsinin anılması üçün silsilə tədbirlərin davam etdirildiyini qeyd etmişdir.

Ümummilli Liderin siyasi fəaliyyəti və neft strategiyası haqqında mühazirə söyləmək üçün dəvət olunmuş qonaqlar - Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının müəllimi Qafar Əliyev və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadə  çıxışlarında xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu və Xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və uzaqgörənliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin ölkəmizin iqtisadiyyatının inkişafında şanlı bir səhifə açması barədə çıxış etmişlər.

Qaradağ regional idarəsinin rəisi polkovnik-leytenant Vasif Əsgərov Ulu Öndər Heydər Əliyevin 28 аvqust 2002-ci il tаriхdə 1031-15 sаylı Sərəncаmı ilə iхrаc nеft və qаz bоru kəmərlərinin təhlükəsizliyinin təmin еdilməsi məqsədi ilə Kоmplеks Tədbirlər Plаnının təsdiqindən və təhlükəsizlik sаhəsində gördüyü işlərin əhəmiyyətindən bəhs etmişdir.

Konfransın sonunda Ulu öndər Heydər Əliyevin hərbi sahədə həyata keçirdiyi islahatlardan bəhs edən film nümayiş etdirilmişdir.