Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən “Heydər Əliyev Zirvəsi”ndə Ulu Öndərin xatirəsi anıldı.

 Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilərək dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla anılmışdır.