Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatı

İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, 25 sentyabr  2023-cü il tarixdə saat 11:19 radələrində, Tovuz rayon Əlimərdanlı kənd ərazisində CQ 378.2-ci km, BTC – 378, 709-cu km-də mühafizə zonasından 15 metr aralı məsafədə su arxının kənarında (adsız arx) bir neçə ədəd şüphəli partlayıcı maddə aşkar edilmişdir.

Aşkar edilmiş  beş ədəd 120 millimetrlik minaatanın (GVMZ-1) partlayıcısı “ANAMA” agentliyinin mütəxəssisləri tərəfindən zərərsizləşdirmək məqsədi ilə akt tərtib edilərək ərazidən götürülmüşdür. Bu zaman ixrac neft və qaz boru kəmərlərinə və onun yerüstü infrastruktur obyektlərinə heç bir zərər dəyməmişdir.