Xəbərlər
“Heydər Əliyev İli” çərçivəsində şahmat turniri təşkil olunub.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin təsdiq edilmiş silsilə tədbirlər planına uyğun olaraq oktyabrın 23-24-də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları arasında şahmat turniri təşkil olunub.
Turnirin keçirilməsində məqsəd Azərbaycanda şahmatın inkişaf strategiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və bu intellektual idman növünün kütləviliyinə nail olmaqdır.
1-ci, 2-ci və 3-cü yerləri tutmuş şahmat turniri qalibləri müvafiq olaraq I, II və III dərəcəli diplomlarla mükafatladırılmışlar.
24 oktyabr 2023 16:52