Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində Zəfər Günü münasibətilə tədbirlər keçirilmişdir.
Tədbirlər əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir bölgəsində təntənə ilə qeyd olunduğu bildirilərək, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsindən, hərbçilərimizin qəhrəmanlığından, fədakarlığından, Ordumuzun ruh yüksəkliyi və əzmkarlığından, Xankəndi zəfəri və separatçı rejimin ləğv edilməsi ilə Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnu tam bərpa edilməsi kimi tarixi missiyanı tam yerinə yetirilməsindən bəhs edilmişdir.
07 noyabr 2023 18:14