Xəbərlər
Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyin bir sıra hərbi qulluqçuları "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyin rəisi, general-mayor Abbasov İlqar Rza oğlu, Agentliyin rəisinin 1-ci müavini, general-mayor Hüseynov İsmayıl Xəlil oğlu, Agentliyin rəisinin müavini, polkovnik İsfəndiyar Səttar oğlu Mehbalıyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. Bu münasibətlə Agentlikdə tədbir keçirilərək Agentliyin rəisi, general mayor İlqar Abbasov tərəfindən yubiley medalları təntənəli şəkildə təqdim olunmuşdur.
Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Agentliyin rəisi, general mayor İlqar Abbasov ali təltifə görə Prezident İlham Əliyevə özü və müavinlərinin adından minnətdarlığını bildirərək, bu təltifin bütövlükdə Agentliyə göstərilmiş etimad olduğunu və bundan sonrakı fəaliyyətində də Müzəffər Ali Baş Komandanın etimadını doğrultmağa çalışacaqlarını vurğuladı.
Tədbirin sonunda şəxsi heyəti xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edərək, möhkəm cansağlığı, çətin, eyni zamanda şərəfli xidmətlərində uğurlar arzuladı.
19 mart 2024 16:31