Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində peşə bayramı günü qeyd edildi.

     Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində xüsusi dövlət mühafizə xidməti orqanlarının əməkdaşlarının peşə bayramı ilə əlaqədar tədbirlər keçirilərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, abidəsi önünə gül dəstəsi düzülmüşdür.

     Xüsusi dövlət mühafizə xidməti orqanlarının əməkdaşlarının peşə bayramı ilə əlaqədar tədbirlər yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə regional idarələrin akt zalında davam etdirilmişdir.

     Tədbirin sonunda Agentliyin rəisi, general-mayor İlqar Abbasov tərəfindən təltif edilmiş regional idarələrin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçularına medal və mükafatlar təqdim edilmişdir.