Xəbərlər
SOMDA-nın Ucar regional idarəsinin hərbi qulluqçuları qan vermə aksiyasında iştirak edib.
Ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə keçirilən könüllü qanvermə aksiyasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar regional idarəsinin hərbi qulluqçuları iştirak ediblər.
Keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirakı təmin olunmuşdur.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.
20 sentyabr 2024 16:50