Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarəsində komanda-qərargah təlimi keçirilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Siyəzən regional idarəsində Bakı-Novorossiysk ixrac neft boru kəmərinin 128,6-cı km-də şərti neftin sızması nəticəsində yanğın hadisəsinin baş verməsi və şübhəli şəxslərin müşahidə olunması mövzusunda aidiyyatı qurumlarla birgə komanda-qərərgah təlimi keçirilib.
Təlimin keçirilməsində məqsəd ixrac neft qaz və boru kəmərlərinin təhlükəsizliyinə təhdid yaradan hadisələrin qarşısının alınması, hərbi qulluqçuların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, Agentliyin regional idarələrinin və digər dövlət qurumlarının fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətdə idarəetmənin təşkili sahələrində təcrübələrinin artırılmasıdır.
Təlim zamanı şərti olaraq bölmələrin cavabdehlik zonasına sızmış, yanğın törətmiş və ərazidən uzaqlaşmış şəxslərin təxribatlarının qarşısının alınması, onların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin planlaşdırılması və idarə olunması tapşırıqları icra olunub.
Təlim uğurla başa çataraq qarşıya qoyulmuş məqsədlərə nail olunub.
26 sentyabr 2024 11:59