Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub
Sentyabrın 27-də - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Agentliyin rəisi, general-mayor İlqar Abbasov və şəxsi heyəti xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
27 sentyabr 2024 16:10