Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət etdi.

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri Xiyabanı ziyarət edib, Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Daha sonra Agentliyinin rəisi, general-mayor İlqar Abbasov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyub.

Bundan sonra Ümummilli lider  Heydər Əliyevin anım günü ilə bağlı tədbir Agentliyin aparatında davam etdirilmiş və tədbirin sonunda Ümummilli liderin xatirəsinə həsr olunmuş sənədli filmə baxılmışdır.